çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Beşiktaş"ın səhhəti pisləşən oyunçusu İstanbula çatdırlıb

05.01.2022 15:02 Oxundu 507


Türkiyə Superkuboku oyunu üçün Dohada olan “Beşiktaş”ın futbolçusu Raşid Qezzal İstanbula gətirilib.
"CEMPİON.AZ"
xəbər verir ki, koronavirusa yoluxan 30 yaşlı yarımmüdafiəçinin səhhətinin pisləşməsi rəhbərliyi bu addıma vadar edib. Əlcəzair millisinin üzvü ilə yanaşı, testi pozitiv çıxan klub işçisi və hərarəti artan digər yarımmüdafiəçi Mehmet Topal da təcili yardım təyyarəsi ilə Türkiyəyə qaytarılıb. Təyyarə Atatürk Hava Limanına enən kimi, Qezzal və klub işçisi xəstəxanaya aparılıb. 
Qeyd edək ki, “Beşiktaş” bu gün Türkiyə Superkubokunda “Antalyaspor”la qarşılaşacaq. Dohada baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.