05.01.2022 15:08
537
“Mançester Siti”nin müdafiəçisi Benjamin Mendi Mançester həbsxanasına köçürülüb.
"CEMPİON.AZ" xəbər verir ki, yeddi zorlamada ittiham olunan Fransa millisinin üzvü cəzasını daha sərt cəzaçəkmə müəssisəsinə çəkəcək. O, əvvəllər Liverpuldakı B kateqoriyalı həbsxanada idisə, indi A kateqoriyalı həbsxanadadır. Bu addım Mendinin təhlükəsizliyi üçün atılıb. Çünki 28 yaşlı cinah oyunçusunu Mançesterdəki məhbuslar liverpuldakılardan daha çox sevirlər.
Qeyd edək ki, ötən ilin avqustundan həbsdə olan Benjamin Mendinin məhkəməsi yanvarın 24-də olacaq.