çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Lukaku "Çelsi" ilə bağlı mənfi fikirlərə görə üzr istəyib

05.01.2022 15:28 Oxundu 494

"Çelsi"nin hücumçusu Romelu Lukaku futbol klubundakı vəziyyətdən narazılığını ifadə etdiyi mübahisəli müsahibəyə görə üzr istəyib.

"CEMPİON.AZ" xəbər verir ki, o, yaratdığı vəziyyətə görə öz tvitter səhifəsində paaylaşdığı videoda məyusluq hissini dilə gətirib:
"Əziz azarkeşlər, yaratdığım məyusluğa görə üzr istəyirəm. Bilirsiniz ki, mən yeniyetməlik illərindən klubla əlaqədəyəm, ona görə də əsəbləşdiyinizi tamamilə başa düşürəm. Açığı, indi sizin haqqınızı qaytarmaq mənim üçün müəyyən problemdir. güvənin və sadiqliyimi sübut etmək üçün əlimdən gələni edəcəyəm.Hər gün məşqdə və matçlarda qalib gəlməyimiz üçün əlimdən gələni edirəm. Bundan əlavə, məşqçidən, tərəfdaşlardan, rəhbərlikdən üzr istəyirəm, çünki müsahibənin ən uyğun olmayan anda gəldiyinə inanıram. Bu vəziyyətdən ayrılaraq irəliləmək və qalib gəlmək üçün hər şeyi etmək istəyirəm".
Qeyd edək ki, Lukaku avqustda "İnter"dən "Çelsi"yə keçib. Bundan əvvəl belçikalı 2011-2014-cü illərdə London klubunda çıxış edib. 
Lukaku bu mövsüm "mavilər"in heyətində 18 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.