çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Çelsi" İngiltərə Liqa Kubokunun ilk yarımfinalında "Tottenhem"i məğlub edib

06.01.2022 10:05 Oxundu 426


İngiltərə Liqa Kubokunun ilk yarımfinal matçında "Çelsi" "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib. 
"CEMPİON.AZ"
xəbər verir ki, görüş "Stemford Bric" stadionunda baş tutub. 
"Çelsi"nin heyətində qola Kay Havertz (5-ci dəqiqə) imza atıb. Daha bir qolu isə onların aktivinə Ben Davis öz avtoqolu (34) ilə yazdırıb. Cavab oyunu yanvarın 12-də baş tutacaq. 
Digər yarımfinalda "Liverpul" və "Arsenal" qarşılaşacaq. İlk görüş yanvarın 6-da keçirilməli idi, lakin Liverpulda koronavirusun yayılması səbəbindən yanvarın 13-də baş tutacaq. Cavab oyunu yanvarın 20-də keçiriləcək. 

Final oyunu fevralın 27-də “Uembli” stadionunda keçiriləcək.
Qeyd edək ki, İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Burada İngiltərə çempionatının dörd yüksək divizionundan 92 klub iştirak edir. Qalib komanda gələn mövsümün Konfrans Liqasına vəsiqə qazanacaq. Rekord qaliblər “Liverpul” və “Mançester Siti”dir (hər biri 8 dəfə). “Mançester Siti” ötən il turnirin qalibi olub.