06.01.2022 10:15
441
Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Alfonso Daviş koronavirusa yoluxub.
"CEMPİON.AZ" xəbər verir ki, futbolçunun vəziyyəti yaxşıdır, o, evdə təcrid olunur.
Daha əvvəl "Bavariya"da Luka Hernandes, Nyanza Kuassi, Leroy Sane, Dayo Upamecano, Manuel Nouer, Omar Richards, Kingsley Coman və Corentin Tolisso, o cümlədən baş məşqçi Dino Toppmöllerin koronavirus testinin müsbət çıxdığı bildirilirdi.
Yanvarın 7-də “Bavariya” qış fasiləsindən sonra ilk oyununu keçirəcək. Münhen klubu Almaniya çempionatının 18-ci turu çərçivəsində Mönhenqladbax “Borussiya”sını qəbul edəcək.