06.01.2022 10:22
455
İtaliyanın “Genoa” futbol klubunun baş məşqçisi Andriy Şevçenkonun koronavirus testi mənfi keçib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti tərəfindən məlumat yayılıb. Onlar bildirib ki, Şevçenko COVID-19 üçün mənfi testdən keçib və "Sassuolo" ilə matçda komanda ilə birlikdə olacaq.
“Genoa” yanvarın 6-da səfərdə “Sassuolo” ilə qarşılaşacaq.Qeyd edək ki, "Genoa" dekabrın 28-də Şevçenkonun testinin müsbət olduğunu elan etmişdi.