06.01.2022 09:00
429
"Paris Saint-Germain"in hücumçusu Lionel Messinin koronavirus testi mənfi çıxıb və Parisə gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Messi yaxın günlərdə komandaya qatılacaq.
PSJ yanvarın 2-də argentinalının koronavirusa yoluxduğunu bildirmişdi. Bu səbəbdən də Messi Fransa Kubokunun 1/16 finalında “Vanna”ya (4:0) qarşı matçı buraxmışdı. O, yanvarın 9-da PSJ "Lion"la səfər oyunundan sonra ölkə çempionatında çıxışını davam etdirəcək.