çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Kifayət Qasımovaya vəzifə verildi

06.01.2022 12:07 Oxundu 582


Azərbaycanın keçmiş qadın cüdoçusu Kifayət Qasımovaya yeni vəzifə verilib.
"CEMPİON.AZ"
xəbər verir ki, 36 yaşlı idmançı qadınlardan ibarət milli komandada məşqçi kimi fəaliyyətə başlayıb. O, baş məşqçi Rəşad Məmmədovun köməkçisi təyin olunub. 
Qeyd edək ki, 57 kq çəki dərəcəsində çıxış etmiş keçmiş Kifayət Qasımova 2006-cı il Avropa çempionatında gümüş, 2007 və 2008-ci ilin müvafiq yarışlarda bürünc medal əldə edib. 2009-cu ildə dünya çempionatında bürünc medal qazanan Qasımova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib çıxıb.