çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin "Liverpul" - "Arsenal" matçı təxirə salınıb

06.01.2022 14:29 Oxundu 491

İngiltərə Liqa Kubokunun ilk yarımfinal mərhələsinin “Liverpul” – “Arsenal” matçı meydan sahiblərində koronavirus epidemiyası səbəbindən təxirə salınıb. 
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb. 
Transferin tarixi açıqlanmayıb:
"Arsenal ilə cümə axşamına planlaşdırılan görüşümüz təxirə salındı. Biz təşkilatçılara və "Arsenal"a anlayışa görə, eləcə də hər iki klubun azarkeşlərinə təşəkkür etmək istərdik. Biz bu çətin dövrü dəf etməyə davam edirik".

Yanvarın 1-də “Liverpul”un baş məşqçisi Yurgen Kloppun koronavirusa yoluxduğu məlum olub. Qapıçı Alisson, hücumçu Roberto Firmino və müdafiəçi Joel Matipin daha sonra koronavirus testinin müsbət çıxdığı açıqlanıb. Çərşənbə günü "Liverpool"un mətbuat ofisi Kloppun köməkçisi Pepein Leindersin də koronavirusa yoluxduğunu bildirilib. Cavab görüşü yanvarın 20-nə təyin edilib.