çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Mançester Siti"nin 21 oyunçusu, baş məşqçi və köməkçisi CVID-19-a yoluxub

07.01.2022 10:25 Oxundu 446


İngiltərənin “Mançester Siti” futbol klubunun rəhbəri, ispaniyalı baş məşqçi Xosep Qvardiolada koronavirus infeksiyası aşkarlanıb. 
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə göstərilir ki, 
Qvardiolanın köməkçisi Xuanma Lillo da koronavirusa yoluxub. Klubda ümumilikdə 21 nəfərin virusa yoluxduğu bildirilir ki, onlardan yeddisi əsas komandanın oyunçusudur. 
"Mançester Siti" növbəti matçını yanvarın 7-də səfərdə İngiltərə kubokunun üçüncü mərhələsində "Suindon Taun"a qarşı keçirəcək. Komandaya Qvardiolanın köməkçisi Rodolfo Borrell rəhbərlik edəcək. 
İngiltərə çempionatında “Mançester Siti” 21-ci turun oyunlarından sonra liderdir. Qvardiolanın yetirmələrinin 53 xalı var və ikinci sırada olan “Çelsi”ni 10 xal qabaqlayır.