07.01.2022 10:32
454
“Mançester Yunayted” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.
"CEMPİON.AZ" xəbər verir ki, Antoni Marsyalını “Sevilya”ya icarəyə verməyə hazırlaşan yunayted Edinson Kavani üçün də təklif gözləyir. Premyer Liqa təmsilçisi, xüsusən də, uruqvaylı forvardla yollarını ayıracağı təqdirdə onu əvəzləyəcək forvardı tapıb. “Mankunianlar” mərkəz hücumçusu qismində PSJ-nin ön xətt oyunçusu Mauro İkardini transfer etməyi düşünür. Artıq argentinalı ilə danışıqlara start verilib.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Mauro İkardi özü də komandasını dəyişmək istəyir.