07.01.2022 10:55
475
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Önder Karaveli və 3 futboçu koronavirusa yoluxub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytında məlumat yayılıb. Onların COVID-19 testi Qətərdə keçirilmiş Superkubok oyunundan sonra pozitiv çıxıb. İnfeksiya aşkarlanmış şəxslər karantinə alınıb.
Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Kuboku uğrunda matçda "Antalyaspor"la qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında İstanbul komandası qalib gəlib - 4:2.