07.01.2022 11:04
482
ÇSKA Moskva klubunun yarımmüdafiəçisi Baktier Zainutdinovla əlaqə saxlamaq qeyri-mümkün olub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə onun sözçüsü Yevgeni Novikov məlumat verib. Zaynutdinovun Qazaxıstanda məzuniyyətdə olduğu ehtimal olunur. Kütləvi etirazlar fonunda ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi tətbiq edib. İnternet və telefon rabitəsində problemlər var:
"İki gündür Baktier ilə əlaqə saxlaya bilmirəm! Biz sonuncu dəfə çərşənbə axşamı axşam danışmışıq".