07.01.2022 15:06
445
Argentina millisinin ulduz futbolçusu Lionel Messi 2022-ci il dünya çempionatının iki seçmə oyununu buraxa bilər.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Tyc Sports" məlumat yayıb. Komandanın baş məşqçisi Lionel Skaloni yanvarın 2-də koronavirusa yoluxmuş 35 yaşlı hücumçuya Çili və Kolumbiya ilə görüşdə meydana çıxmamağı məsləhət görüb.
Messi hələlik mütəxəssisin bu tövsiyəsinə cavab verməyib.
Qeyd edək ki, yanvarın 28-də Çilinin qonağı olacaq Argentina millisi fevralın 2-də Kolumbiyanı qəbul edəcək. Lionel Messinin komandası DÇ-2022-yə vəsiqəni vaxtından əvvəl təmin edib.