İngiltərənin Çester şəhərinin Kral Məhkəməsi təcavüzdə təqsirləndirilən “Mançester Siti” futbol klubunun müdafiəçisi Benjamin Mendini zaminə buraxıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə cümə günü "Pi-ey" agentliyi məhkəmə orqanının qərarına istinadən məlumat yayıb.
27 yaşlı fransalı idmançı avqustun 26-da nəzarətə götürüldükdən sonra 134 gün həbsdə qalıb. O, bu vaxtın çox hissəsini Mendi Liverpuldakı Altkors həbsxanasında olub. Lakin dekabrın sonunda məhbusların daha ciddi nəzarət altında olduğu Mançesterdəki islah müəssisəsinə köçürülüb. Hakim Patrik Tompson zorlama işi üzrə növbəti məhkəmə iclası üçün nəzərdə tutulan yanvarın 24-dək futbolçunu zaminə buraxıb.
O, qeyd olunan müddətdə qeydiyyatda olduğu yerdə yaşamalı, iddiaçılarla əlaqə saxlamamalı və pasportunu təhvil verməli olacaq.
Mendi dörd qadına qarşı yeddi zorlama, həmçinin başqa bir qadın nümayəndəsinə qarşı təcavüzdə ittiham olunur. İddiaçıların ifadəsinə görə, sözügedən məsələlər 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər baş verib. Futbolçu ilə birlikdə bu işlərdə təqsirləndirilən şəxs onun 40 yaşlı dostu Lui Saha Matturidir.
Qeyd edək ki, Mendinin 27 yaşı var və 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Klub daha əvvəl onu məşqlərdən uzaqlaşdırmışdı. Komandanın tərkibində fransalı üç dəfə İngiltərə çempionu olub, iki dəfə ölkə kubokunu, bir dəfə isə super kuboku qazanıb.
DİGƏR NÖVLƏR
Mendi növbəti məhkəməyə kimi zaminə buraxılıb
08.01.2022 14:24
450