08.01.2022 14:41
471
"Atalanta"nın rusiyalı futbolçusu Aleksey Mirançuk "Genoa"ya keçmək istəmədiyi bildirilib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat verib. Mənbənin məlumatına görə, komandalar rusiyalı və onun komanda yoldaşı Roberto Pikkolinin icarəyə götürülməsi ilə bağlı razılığa gəliblər. Müqaviləyə satın alma variantı daxil edilməyib. "Genoa" Pikkoli üçün 2 milyon avro və Mirançuk üçün 2,5 milyon avro ödəməyə hazırdır.
Bu mövsüm 26 yaşlı futbolçu klubun heyətində bütün turnirlərdə 12 oyun keçirib, 1 qol vurub və bir məhsuldar ötürmə edib.