08.01.2022 14:58
442
UEFA-nın sabiq prezidenti Mişel Platini PSJ-nin hücumçusu Lionel Messinin hazırkı durumunu dəyərləndirib.
"CEMPİON.AZ" xəbər verir ki, Fransa millisinin əfsanəvi futbolçusu argentinalının əvvəlki formasından uzaq olduğunu düşünür. Onun sözlərinə görə, Messinin oyununda eniş var:
“Messi bir az zəifləyib. Onun oyununa baxanda bunu görürsən. O, bir neçə il əvvəlki Messi deyil. Kriştiano Ronaldonun “Yuventus”a, Messinin isə PSJ-də keçidini görəndə heyrətləndim. Mən 32 yaşımda futboldan getdim, onlar isə başqa klubda oynamaq qərarına gəldilər”.
Qeyd edək ki, Mişel Platini futbolçu karyerasında “Nansi”, “Sent-Etyenn” və “Yuventus”un formasını geyinib.