çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Türkiyə klubu 5 futbolçusunun xidmətindən məhrum qalıb 

08.01.2022 15:12 Oxundu 452

Türkiyə klublarında koronavirusa yoluxma halları getdikcə artır.
"CEMPİON.AZ"
xəbər verir ki, Super Liqa təmsilçisi Qaziantep eyni səbəbdən 5 futbolçusunun xidmətindən məhrum qalıb. Elita klubu bu gün XX tur çərçivəsində “Fatih Karagümrük”lə keçiriləcək oyundan bir saat əvvəl əvvəl 5 nəfərin testinin pozitiv çıxdığını açıqlayıb. Adları açıqlanmayan oyunçular koronavirus protokoluna uyğun olaraq karantinə alınıb. 
Qeyd edək ki, “Qaziantep” – “Fatih Karagümrük” oyunu Bakı vaxtı ilə 14:30-da başlayacaq.