çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Emrelinin hazırkı komandası "Krasnodar" ilə yoldaşlıq matçı keçirəcək

08.01.2022 15:17 Oxundu 471

“Krasnodar” Polşanın “Legiya” futbol klubu ilə yoldaşlıq oyunu keçirəcək.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Polşa klubunun saytı məlumat yayıb. Görüş yanvarın 19-da Dubayda baş tutacaq. Bundan əvvəl Krasnodar yanvarın 12-dən 23-dək Dubayda təlim-məşq toplanışı keçirəcəyini bildirib. Daha sonra Rusiya klubu İspaniyanın "Marbella"sına yollanacaq.
Qeyd edək ki, həmyerlimiz Mahir Emreli "Legiya"dan uzaqlaşmaq üçün komanda rəhbərliyinə məktub ünvanlayıb. Və onun təlim-məşq toplanışlarında oynamayacağı bildirilmişdi.