çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Milan" İtaliya çempionatında "Venesiya"nı darmadağın edib

10.01.2022 09:58 Oxundu 438

Futbol üzrə İtaliya çempionatının 21-ci turunun matçında “Milan” səfərdə “Venesiya”nı darmadağın olub.

"CEMPİON.AZ" xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb. Milanda fərqlənən Zlatan İbrahimoviç (3-cü dəqiqə) və Teo Hernandes (48, 59) olub. 58-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Mixael Svoboda meydandan qovulub. Turnir cədvəlinə 48 xalla "Milan" başçılıq edir. 17 xalı olan "Venesiya" 16-cı pillədə qərarlaşıb. 
Növbəti matçda “Milan” yanvarın 17-də “La Spezia”nı qəbul edəcək, “Venesiya” isə həmin gün öz meydanında “Empoli” ilə qarşılaşacaq.