çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

“Yuventus” “Roma” üzərində güclü qələbə qazanıb

10.01.2022 10:39 Oxundu 436

"Yuventus"un futbolçuları İtaliya çempionatının 21-ci turunun matçında səfərdə "Roma" üzərində əzmkar qələbə qazanıb.

"CEMPİON.AZ" xəbər verir ki, Romadakı görüş 4:3 hesabı ilə başa çatıb. “Qoca sinyora”dan qolları Paulo Dibala (18-ci dəqiqə), Manuel Lokatelli (70), Deyan Kulusevski (72) və Mattia De Şiqlio (77) vurub. Qiallorossinin qollarını Tammi Abraham (11), Henrix Mxitaryan (48) və Lorenzo Pelleqrini (53) vurub.
81-ci dəqiqədə "Yuventus"un müdafiəçisi Matteys de Liqt meydandan qovulub. 83-cü dəqiqədə Pelleqrini penaltini qola çevirərək matçda hesabı bərabərləşdirə bilməyib.