10.01.2022 10:44
439
Premyer Liqanın "Everton" - "Lester" matçı ev sahibləri arasında çoxsaylı koronavirus infeksiyası və zədə halları səbəbindən təxirə salınıb.
"CEMPİON.AZ" xəbər verir ki, oyun yanvarın 11-də Liverpulda keçirilməli olub. “Everton” lazımi sayda oyunçu (13 meydança və bir qapıçı) sayını təmin edə bilmədiyi üçün matç təxirə salınıb.
“Everton” 19 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Lester” (25) onuncu yerdədir.