çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Kamerunlular Afrika Millətlər Kubokunun açılış matçında Burkina-Fasonu məğlub edib

10.01.2022 11:31 Oxundu 441


Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunun açılış matçında Burkina-Fasonu 2:1 hesabı ilə məğlub edib. 
"CEMPİON.AZ"
xəbər verir ki, turnir Kamerunda keçirilir. 
Kamerunluların heyətində Vinsan Abubakar iki dəfə penaltidən fərqlənib (40-cı dəqiqə, 45+3). Həmçinin, hücumçu 60-cı dəqiqədə qol vursa da, oyundankənar vəziyyətdə olduğu üçün qol ləğv edilib. Rəqib komandadan Qustavo Sanqare (24) qollardan birinin əvəzini çıxıb. 
Növbəti mərhələdə kamerunlular Efiopiyadan olan rəqibləri ilə, Burkina Faso isə Kabo-Verde yığması ilə qarşılaşacaq. 
Qeyd edək ki, 
Afrika Millətlər Kuboku Afrikanın ən böyük beynəlxalq milli komanda turniridir və iki ildən bir keçirilir. Keçən il turnir koronavirusa görə 2022-ci ilin əvvəlinə təxirə salınmışdı. Afrika Millətlər Kubokunun hazırkı qalibi Əlcəzair yığmasıdır. Turnirə fevralın 6-da yekun vurulacaq.