çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

“Vilyarreal” və “Atletiko” heç-heçə edib

10.01.2022 11:59 Oxundu 467


"Vilyarreal"ın futbolçuları İspaniya çempionatının 20-ci turu çərçivəsində doğma meydanda "Atletiko" ilə bərabərə qalıb.

"CEMPİON.AZ" xəbər verir ki, Vilyarrealda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları Pau Torres (29-cu dəqiqə) və Alberto Moreno (58) vurub. Anxel Korrea (10) və Joffre Kondogbya (67) “döşək”ə imza atıb. 23-cü dəqiqədə Moreno penaltini yerinə yetirə bilməyib. Oyunun sonunda Kondoqbya meydandan qovulub. 33 xalı olan “Atletiko” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Vilyarreal” (29) səkkizinci yerdədir.
Digər görüşdə “Alaves”lə “Atletik” heç-heçə edib – 0:0, “Osasuna” isə “Kadis”ə qalib gəlib – 2:0.