çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Şərhçi Ardanı sərt tənqid etdi

10.01.2022 12:32 Oxundu 472

"Giresunspor" matçında artıq çəkisi ilə diqqət çəkən "Qalatasaray" futbol komandasının yarımmüdafiəçisi Arda Turan sərt şəkildə tənqid edilib.
"CEMPİON.AZ"
xəbər verir ki, tənqid futbol şərhçisi Ahmet Çakar tərəfindən gəlib. Uzun fasilədən sonra "Giresunspor"un matçında artıq çəkisi ilə diqqət çəkən "Qalatasaray"ın hücuma meyilli yarımmüdafiəçisi Arda Turanla bağlı bu sözləri ifadə edib:
"77-ci dəqiqədə gənc, iri, kök bir oğlan gördüm. "Hər halda varlı ailənin uşağıdır" dedim. Çox yediyindən və özünə fikir vermədiyindən bu haldadır. İnsan bu vəziyyətdə meydançaya çıxmaqdan utanar".
Bundan əlavə "Beyaz Futbol" verlişində çıxış edən Çakar türk iş adamı və hazırda "Qalatasaray SK" idman klubunun prezidenti Burak Elması və Fatih Terimə də söz atıb:
"Burak Elmas və Fatih Terimi gəncləşdirmək üçün atdıqları addımlara görə təbrik edirəm. Artıq çəkililəri akademiyaya aparırlar. İstedadlı və çəkili gənclərin bədən quruluşunu normal vəziyyətə gətirmək üçün çalışırlar".
Onun bu sözlərinə qarşı keçmiş futbolçu və ekspert Sinan Engin Ardanı müdafiə edərək bildirib ki, o, 6 aydır ki, müalicədədir. Çox problemi yoxdur və qısa zamanda əvvəlki vəziyyətinə qayıdacaq.