çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Ronaldo və "Mançester siti"nin oyunçuları rəmzi komandada yoxdur

11.01.2022 09:40 Oxundu 506


İngiltərə Premyer Liqasında cari mövsümün rəmzi komandası açıqlanıb.

"CEMPİON.AZ" xəbər verir ki, BBC-nin azarkeşlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ən yaxşı 11-likdə çempionatın lideri "Mançester Siti"dən heç bir oyunçu yer almayıb. Həmçinin fanatlar "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunu simvolik komandaya layiq görməyiblər.

Qapıçı: Aaron Ramsdeyl ("Arsenal")

Müdafiəçilər: Tarik Lampti, Şeyn Daffi (hər ikisi "Brayton"), Vircil van Deyk, Endryu Robertson (hər ikisi "Liverpul")

Yarımmüdafiəçilər: Konor Qallaher ("Kristal Pelas"), Deklan Rays ("Vest Hem"), N Qolo Kante ("Çelsi")

Hücumçular: Məhəmməd Salah ("Liverpul"), Maykl Antonio ("Vest Hem"), Kay Haverts ("Çelsi")