çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Qalatasaray"ın sabiq futbolçusu avtomobil qəzasında dünyasını dəyişdi

11.01.2022 12:13 Oxundu 634

Türkiyənin "Konyaspor" futbol komandasının oyunçusu Ahmet Çalık yol qəzasında dünyasını dəyişib.
"CEMPİON.AZ"
xəbər verir ki, həm də Türkiyə millisinin futbolçusu olan 27 yaşlı Çalık bu gün Ankarada qəza keçirib. Hadisə səhər saat 09:00 radələrində Gölbaşı rayonu Hacılar məhəlləsində baş verib. Qəzada Çalıkın istifadə etdiyi 06 CLK 94 dövlət nömrə nişanlı avtomobil Ankara-Niğde yolunda idarəetmədən çıxaraq yol dərəyə yuvarlanıb. Hadisə şahidlərinin sözlərinə görə, hadisədən sonra tibb işçiləri və təhlükəsizlik qüvvələri bölgəyə gəlib. Tibb işçiləri tərəfindən Ahmet Çalıkın hadisə yerindəcə dünyasını dəyişdiyi təsdiqlənib.
Qəza ilə bağlı araşdırmalara başladılıb.
Qeyd edək ki, o, Türkiyənin "Gənclerbirliyi" və "Qalatasaray" klublarının da formasını geyinib.