"Fikirləşdik ki, Rostislav Pevtsov 2024-cü il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazana bilər. Bu səbəbdən, hələlik onunla yola davam edəcəyik".
"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev deyib. Funksioner 35 yaşlı idmançının şəxsi məşqçisi ilə danışıqdıqlarını bildirib: "İstəyirik ki, o, tək Rostislav Pevtsovun məşqçisi olmasın. Bizim 3 istedadlı idmançımız var. Onların beynəlxalq yarışlarda təcrübəsi böyük olmasa da, potensiala malikdirlər. Bizdə məktəb və məşqçilər yoxdur. Məqsədimiz odur ki, yerli və böyük təcrübəyə malik məşqçi Rostislav Pevtsovla birlikdə gəncləri bu idman növünə cəlb etsin. Biz Parisdəki olimpiada üçün gənclərin iştirakını çatdırmayacağıq. 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarını isə qarşımıza hədəf kimi qoyuruq. İnanmıram ki, çətin olacaq, amma bu, bir məqsəddir".
E.Əliyev federasiyanın geniş yığıncağında bütün planları müzakirə edərək, bir çox suallara aydınlıq gətirəcəklərini də diqqətə çatdırıb: "Biri var peşəkar idman, biri də var ki, kütləvi xarakter daşıyan idman. Triatlon idman növü xüsusi insanlar tələb edir. Burada dözümlü olmalısan. İntizam da böyük olmalıdır. Siz həftə ərzində hər gün məşq etməlisiniz. Üzmək, velesiped sürmək və qaçmaq. Bunlar çətin növlərdir, ardıcıl etməlisən. Bu isə orqanizmi hər zaman yüksək səviyyədə saxlamağa imkan verir. Bu idmanın yaş məhdudiyyəti də yoxdur. 89 yaşında bu idmanla məşğul olan əcnəbilər var. İstəyirik ki, belə "dəmir adam"ların sayı çox olsun. Bu növün kütləvi xarakter alması üçün çox böyük addımlar atılmalıdır".
DİGƏR NÖVLƏR
Elçin Əliyev: "İstəyirik ki, "dəmir adam"larımızın sayı çox olsun"
11.01.2022 14:28
666