çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

“Legiya”dan Emreli ilə bağlı bəyanat 

13.01.2022 08:38 Oxundu 432

“Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, bildirilib ki, 25 yaşlı forvardın müqavilə ilə onlara məxsusdur:
“Klub dəfələrlə futbolçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yenidən yerinə yetirməyə çağırıb, ona lazım olan bütün dəstəyi təklif edib. Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Eyni zamanda məxfiliyi və danışıqların yaxşı tərəfini nəzərə alaraq, onun məzmunu və nəticələrini açıqlamayacağıq”.
Bəyanatda Mahirin vəkili Anıl Dinçer də yalan iddialar səsləndirməkdə günahlandırılıb:
“Oyunçunun nümayəndəsi Anıl Dinçerin heç bir faktiki və hüquqi əsası olmayan bir sıra yalan iradlar və ifadələr ehtiva edən açıqlamalarına açıq şəkildə cavab verməyəcəyik”.