çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

İstanbul təmsilçisi baş məşqçisi ilə anlaşdı

13.01.2022 08:45 Oxundu 442


Türkiyənin baş məşqçi postu boş qalan komandalarından biri "Fənərbağça" artıq yeni baş məşqçisinin adını açıqlayıb.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə məlumat "Ajanspor"a tərəfindən yayılıb. İstanbul təmsilçisi Yoahim Lövlə anlaşıb. Klub prezienti Ali Koçla şəxsən görüşən almaniyalı mütəxəsis təklifi qəbul edib. "Sarı-lacivərdlilər" sabiq baş məşqçisinə illik 5 milyon avro məvacib ödəyəcək. Löv 2022/2023 mövsümündən Superliqa təmsilçisinə başçılıq edəcək.
Qeyd edək ki, Yoahim Löv 1998 - 1999-cu illərdə də "Fənərbağça"nın sükanı arxasında olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisinə 2014-cü ildə dünya çempionluğunu qazandırıb. Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Onu mövsümün sonunadək İsmayıl Kartal əvəzləyib.