"Çelsi" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edərək İngiltərə Liqa Kubokunun ilk finalçısı olub.
"CEMPİON.AZ" xəbər verir ki, topu 18-ci dəqiqədə Antonio Rüdiger vurub. Yarımfinalın ilk oyununda “Çelsi” öz meydanında 2:0 hesabı ilə qalib gəlib.
Digər yarımfinal isə “Liverpul” və “Arsenal” arasındadır. Bu komandaların ilk görüşü yanvarın 6-da baş tutmalı idi, lakin Liverpulda yayılan koronavirus səbəbilə yanvarın 13-nə təxirə salınıb. Cavab oyunu yanvarın 20-də baş tutacaq. Liqa Kubokunun finalı fevralın 27-də Uembli stadionunda keçiriləcək.
İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Burada İngiltərə çempionatının dörd yüksək divizionundan 92 klub iştirak edir. Turnirin qalibi növbəti mövsümün Konfrans Liqasına vəsiqə qazanacaq. Liqa Kubokunda qalibiyyət rekordçuları Liverpul və Mançester Sitidir (hər biri 8 dəfə). “Mançester Siti” ötən il turnirin qalibi olub.
DÜNYA FUTBOLU
"Çelsi" İngiltərə Liqa Kubokunda "Tottenhem"i məğlub edərək finala yüksəlib
13.01.2022 11:51
447