13.01.2022 12:22
448
"Pari Sen-Jermen"in argentinalı hücumçusu Lionel Messi fərdi məşqlərə davam edir, buna rəğmən onun Fransa çempionatının 21-ci turunun "Brest"lə oyunu buraxma ehtimalı var.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Ötən gün PSJ məşqlərini davam etdirsə də, Messi ümumi qrupdakı oyunçular arasında olmayıb.
Xatırladaq ki, argentinalı Fransa çempionatının 20-ci turunun “Lion”la oyunu (1:1) buraxmışdı.
Bildirilir ki, qapıçı Canluici Donnarumma, eləcə də yarımmüdafiəçilər Anksel Di Maria, Danilo Pereyra və Julian Draksler təcrid vaxtları bitdiyi üçün ümumi qrup oyunlarına qayıdıblar.