çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Ukraynalı İtaliya klubundan ayrıla bilər

13.01.2022 12:57 Oxundu 452

İtaliyanın “Genoa” futbol klubunun baş məşqçisi Andrey Şevçenko yaxın vaxtlarda vəzifəsini tərk edə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə ​"Tuttomercatoweb" məlumat yayıb. Mənbənin sözlərinə görə, tərəflər qarşılıqlı razılaşma əsasında müqavilənin ləğvi ilə bağlı danışıqlar aparır. Yekun qərarın İtaliya kubokunda "Milan"la (13 yanvar) və ölkə çempionatında "Fiorentina" ilə (17 yanvar) keçiriləcək növbəti matçların nəticələrindən sonra veriləcəyi gözlənilir. Hətta bu görüşlərdəki qələbələr də ukraynalı mütəxəssisə klubla əməkdaşlığı davam etdirməyə zəmanət vermir.
Qeyd edək ki, kluba Şevçenko getdikdən sonra onun yerinə “Roma”nın keçmiş baş məşqçisi Rudi Qarsiya və “Ştutqart”dakı işi ilə tanınan Bruno Labbadianın keçməsi gözlənilir.