çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

Azərbaycan PL-da "Qarabağ" 1-ci, "Neftçi" 2-ci oldu

13.01.2022 15:36 Oxundu 496


Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox xal toplayan komandalar bəlli olub.
"CEMPİON.AZ"
xəbər verir ki, 2001-ci il yanvarın 1-dən indiyədək ən çox xal toplayan komanda “Qarabağ”dır. Ağdam klubu 21 ildə 1115 xal yığıb. İkinci yerdə olan “Neftçi” də 1000 xal səddini adlasa da, liderdən xeyli geri qalır. Bu fərq 44-ə bərabərdir. 
Premyer Liqada çıxışını davam etdirənlərdən “Keşlə” 3-cü, “Qəbələ” 4-cü yerdə möhkəmlənib. “Top-11”də “Sumqayıt” da var. “Gənclik şəhəri” təmsilçisi 11-cidir.

1. “Qarabağ” -    1115
2. “Neftçi” - 1071
3. “Keşlə” - 966
4. “Qəbələ” - 657
5. “Bakı” - 588
6. “Xəzər Lənkəran” - 583
7. AZAL - 485
8. “Turan” - 353
9. “Simurq” - 344
10. “Kəpəz” - 335
11. “Sumqayıt” – 332