Afrika Millətlər Kubokunun təşkilatçıları Qambiya komandası ilə oyundan əvvəl Mavritaniya himninin səsləndirilməsi zamanı 3 dəfə səhvə yol veriblər.
"CEMPİON.AZ" xəbər verir ki, Turnir Kamerunda keçirilir. Mavritaniya himnini səsləndirmək üçün üç cəhddən və düzgün variantı tapmadıqdan sonra təşkilatçılar Qambiya himnini işə salıblar. Görüş 1:0 hesabı ilə Qambiya yığmasının xeyrinə başa çatıb, yeganə qolu Abli Jallow (10-cu dəqiqə) vurub. Komandalar F qrupundadır. Çərşənbə günü bu dördlüyün ilk oyununda Mali Tunisi 1:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Qambiyadan olan futbolçular Mali millisi, mavritaniyalılar Tunis yığması ilə qarşılaşacaq. Hər iki görüş yanvarın 13-də keçiriləcək.
Afrika Millətlər Kuboku milli komandalar üçün Afrikanın ən böyük beynəlxalq turniridir və iki ildən bir keçirilir. Keçən il turnir koronavirus pandemiyası səbəbindən 2022-ci ilin əvvəlinə təxirə salınmışdı. Afrika Millətlər Kubokunun hazırkı qalibi Əlcəzairdir. Turnirə fevralın 6-da yekun vurulacaq.
DÜNYA FUTBOLU
Afrika Millətlər Kubokunun təşkilatçıları Mavritaniya himnini üç dəfə səsləndirə bilməyib
13.01.2022 16:30
428