PSJ-nin yarımmüdafiəçisi İdrissa Queye və “Milan”ın müdafiəçisi Foday Ballo-Turun koronavirus testi müsbət çıxıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Seneqal millisinin mətbuat xidməti məlumat yayıb. Futbolçuların Qvineya yığması ilə Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci tur matçında iştirak etməyəcəkləri bildirilir. Seneqallılar ilk turda Zimbabve millisini 1:0 hesabı ilə məğlub edib. Qvineyalı futbolçular Malavi yığmasını eyni hesabla məğlub ediblər. Afrika Millətlər Kuboku milli komandalar üçün Afrikanın ən böyük beynəlxalq turniridir və iki ildən bir keçirilir. Keçən il turnir koronavirus pandemiyası səbəbindən 2022-ci ilin əvvəlinə təxirə salınmışdı. Afrika Millətlər Kubokunun hazırkı qalibi Əlcəzairdir. Turnirə fevralın 6-da yekun vurulacaq.
DÜNYA FUTBOLU
Seneqal millisinin iki futbolçusu koronavirusa yoluxub
13.01.2022 16:48
438