“Milan” əlavə vaxtda “Cenoa”nı 3:1 hesabı ilə məğlub edərək İtaliya kubokunun 1/4 finalına yüksəlib.
"CEMPİON.AZ" xəbər verir ki, görüş Milanın "San Siro" stadionunda baş tutub. Qalib komandada Olivye Jiru (74-cü dəqiqə), Rafael Leau (102), Aleksis Salemakers (112) qol vurub. “Cenoa”nın heyətində Leo Estiqor fərqlənib (17).
1/4 finalda "Milan" yanvarın 18-də Romada keçiriləcək "Latsio" - "Udineze" matçının qalibi ilə qarşılaşacaq.
İtaliya Kubokunun oyun gününün digər matçında “Fiorentina” əlavə vaxtda “Napoli”ni 5:2 hesabı ilə məğlub edib. Görüşün baş hakimi üç qırmızı vərəqə göstərib.
“Fiorentina” fevralın 9-da 1/4 finalda “Atalanta” ilə qarşılaşacaq. İtaliya kuboku 1922-ci ildən keçirilir, turnirdəki qələbələrin sayına görə rekord "Yuventus"a məxsusdur (14), kubokun hazırkı sahibi Turin klubudur.
DÜNYA FUTBOLU
Şevçenkonun komandası növbəti dəfə uduzub
14.01.2022 09:19
429