14.01.2022 09:28
424
Hücumçu Lionel Messi "Pari Sen-Jermen"in Fransa çempionatında növbəti matçını, eləcə də Argentina millisinin Qətərdə keçiriləcək dünya çempionatının seçmə turnirindəki görüşünü buraxacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Brestlə görüş yanvarın 15-də, Argentina millisinin Çili və Kolumbiya komandaları ilə oyunları müvafiq olaraq yanvarın 28-də və fevralın 2-də baş tutacaq.
Qeyd edək ki, Messi instaqram səhifəsində yanvarın 2-də məlum olan koronavirus infeksiyasından demək olar ki, tam sağaldığını bildirib. İspan nəşrinin məlumatına görə, Messi fərdi proqram üzrə məşqlərə davam edir.