çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Ze Luis Moskva "Lokomotiv" ilə müqaviləyə xitam verib

14.01.2022 09:46 Oxundu 436


Moskvanın "Lokomotiv" futbol klubu və hücumçu Ze Luis tərəflərin qarşılıqlı razılaşması əsasında müqaviləyə xitam verib. 

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə dəmiryolçuların mətbuat xidməti məlumat yayıb. 
Kabo-Verdedən olan hücumçu "Lokomotiv"in heyətində son matçını 2021-ci il avqustun 15-də Sankt-Peterburqun "Zenit"inə qarşı keçirib (1:1). 2 sentyabr 2021-ci ildə oyunçu mövsüm üçün "Qırmızı-yaşıllar"ın heyətindən kənarlaşdırılıb.
Ze Luisin 30 yaşı var, 2020-ci ilin oktyabrından "Lokomotiv"də çıxış edir, hücumçu Moskva komandasının heyətində 15 oyun keçirib və bir qol vurub. 2015-2019-cu illərdə Ze Luis Moskvanın "Spartak" klubunda çıxış edib, burada 2016/17 mövsümündə Rusiya çempionu olub və 2017-ci ildə Rusiya Superkubokunu qazanıb. “Qırmızı-ağlar”ın heyətində 109 oyun keçirən hücumçu 35 qol vurub, 24 məhsuldar ötürmə verib. Futbolçu həmçinin Portuqaliyanın Gil Visente, Braqa və Porto klublarında da çıxış edib.