14.01.2022 10:06
511
“Karyeramın bir il yarımını unudulmaz xatirələr və ömürlük dostluqlar yaratdığım bu fantastik klubda keçirdim”.
"CEMPİON.AZ" xəbər verir ki, bu fikirləri “Qarabağ”ın yeni transferi Leandro Andrade sabiq klubu “Çerno More”yə vida məktubu yazarkən səsləndirib. 22 yaşlı portuqaliyalı yarımmüdafiəçi sosial şəbəkədə paylaşımında Bolqarıstan klubunda gözəl anlar yaşadığını vurğulayıb: “Mənə verdiyi fürsətə görə baş məşqçiyə, həmçinin komanda yoldaşlarıma və dəstəkdən ötrü azarkeşlərə təşəkkür edirəm. Bir gün yenidən görüşənədək!”.
Qeyd edək ki, Leandro Andrade “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.