14.01.2022 10:31
428
Yaşı 40-ın üstündə olan Dejan Damjanoviç və Xose Sand XXI əsrdə ən yaxşı qol vuran oyunçular sırasındadır.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytında məlumat yayılıb. Məlumatda deyilir ki, 2021-ci ildə milli yüksək divizionda çıxış edən iki oyunçu yaşlarına görə qeyri-adi dərəcədə yüksək oyun göstəriblər. Belə ki, Dejan Damjanoviç (Monteneqro) 2021-ci ildə 40 yaşı tamam olsa da, Honq-Konq liqasında "Kitçi" üçün 32 qol vurub. Xose Sand 41 yaşında (Argentina) "Lanus" üçün 25 qol (o cümlədən liqada 21, Kubokda 1 və Copa Sudamericdə 3) vurub.
Bu oyunçulardan başqa, XXI əsrdə 40+ yaşında 20+ qol vurmağı bacaran daha 3 oyunçu olduğu göstərilib. Romario, Aleksandar Duriç və Karlos Saucedo.