Kamerun millisi Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci tur matçında Efiopiya yığmasını 4:1 hesabı ilə məğlub edib. Turnir Kamerunda keçirilir.
"CEMPİON.AZ" xəbər verir ki, qalib komandada Karl Ekambi (8-ci və 67-ci dəqiqə) və Vinsent Abubakar (53, 55) fərqlənib. Efiopiyalıların yeganə qolunu Dawa Hotessa (4) vurub. Qələbə sayəsində kamerunlular turnirin pley-off mərhələsinə vaxtından əvvəl vəsiqəni təmin edib. Komandalar A qrupunu təmsil edirlər. Cümə axşamı dördlüyün digər oyununda Burkina Faso komandası Kabo Verde təmsilçilərinə qalib gəlib (1:0). İki oyundan sonra 6 xalla qrupa Kamerun başçılıq edir, Burkina Faso (3), Kape Verde (3) və Efiopiya (0) ikincidir. Kamerunlular növbəti matçını yanvarın 17-də Kabo-Verde millisi ilə, efiopiyalılar isə həmin gün Burkina-Faso komandası ilə keçirəcəklər.
Afrika Millətlər Kubokunda altı qrupa bölünən 24 komanda var. Hər qrupdan ilk iki yeri tutan komandalar, həmçinin müvafiq kvartetlərdə üçüncü yeri tutan altı komandadan ilk dördü pley-off mərhələsinə yüksəlir. Afrika Millətlər Kuboku Afrikada milli komandalar arasında keçirilən ən böyük beynəlxalq turnirdir. Keçən il koronavirusa görə turnir təxirə salınmışdı. Əlcəzair hazırkı qalibdir. Turnirə fevralın 6-da yekun vurulacaq.
DÜNYA FUTBOLU
Kamerun millisi Afrika Millətlər Kubokunun pley-off mərhələsində
14.01.2022 11:29
498