çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

FİFA ən çox futbolçu transfer edən ölkələri açıqladı

14.01.2022 16:25 Oxundu 431

2021-ci ildə ən çox futbolçu ixrac edən ölkələrin siyahısı açıqlanıb. 
"CEMPİON.AZ"
xəbər verir ki, FİFA-nın hesabatına əsasən ən çox oyunçu yola salan 10 ölkə bəlli olub. Bu baxımdan Braziliya yenə ilk sıradadır. Cənubi Amerika ölkəsinin il ərzində 1749 oyunçusu başqa ölkə klubuna keçib. Qitənin digər ölkəsi Argentina ikinci sıradadır. İlk “üçlüy”ü isə Böyük Britaniya qapayır. 
Ümumiyyətlə, beynəlxalq transferlərə 2021-ci ildə 179 müxtəlif ölkənin nümayəndəsi cəlb olunub. Təkcə ilk “10-luq”dakı ölkələr bütün ölkələrin transferinin 40 faizini təşkil edir.

Ən çox futbolçu ixrac edənlər:
1. Braziliya – 1749 futbolçu
2. Argentina – 896
3. Böyük Britaniya – 837
4. Fransa – 772
5. Kolumbiya – 653
6. Nigeriya – 624
7. İspaniya – 537
8. Qana – 456
9. Serbiya – 446
10. Niderland - 408