14.01.2022 16:29
492
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.
"CEMPİON.AZ" xəbər verir ki, bunu XXII turda “Lester”lə görüşməli olan “Bernli” açıqlayıb. Buna səbəb komandanın heyətində koronavirusa yoluxanların çox olmasıdır. “Bernli”nin matç üçün zəruri sayda oyunçusu qalmayıb.
Qeyd edək ki, “Bernli” – “Lester” qarşılaşması sabah keçirilməli idi.