15.01.2022 09:37
536
Londonun "Tottenhem"i İngiltərə futbol çempionatının 22-ci turunda "Arsenal"la derbinin transferinə qarşı çıxır.
"CEMPİON.AZ" xəbər verir ki, "Sky Sports" bu barədə məlumat yayıb. Mənbəyə görə, “Tottenhem” “Arsenal”da koronavirus epidemiyasının olduğuna inanmır, buna görə oyunun başqa vaxta salınmasını istəmir. "Tottenhem" - "Arsenal" görüşü bazar gününə təyin edilib.
Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasına (APL) müraciət edərək, çox sayda futbolçunun xəstələnməsi və zədələnməsi səbəbindən oyunun təxirə salınmasını istəmişdi. Liqa şənbə günü keçiriləcək iclasda bu məsələyə baxmağı planlaşdırır.