15.01.2022 09:46
503
Londonun "Kristal Pelas"ı futbol üzrə İngiltərə çempionatının 22-ci turu çərçivəsində səfərdə "Brayton" üzərindəki qələbəni əldən verib.
"CEMPİON.AZ" xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. Qonaqlardan Konor Qallager fərqlənib (69-cu dəqiqə). Bundan əlavə paytaxt klubunun müdafiəçisi Yoakim Andersen də avtoqola imza atıb (87).
38-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Paskal Qross penaltini dəqiq yerinə yetirə bilməyib. 2 dəqiqə sonra hakim videotəkrara baxdıqdan sonra “Brayton”un hücumçusu Neil Maupenin qolunu ləğv edib. Növbəti turda “Kristal Pelas” yanvarın 23-də “Liverpul”u, “Brayton” isə yanvarın 18-də evdə “Çelsi”ni qəbul edəcək.