çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

COVID-19-dan sonra daha bir oyunçunun ürəyində problem yaranıb 

15.01.2022 11:00 Oxundu 480

"Bavariya"nın müdafiəçisi Alfonso Davies koronavirusa yoluxduqdan sonra onda miokardit əlamətlərinin yarandığı açıqlanıb. 

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Bavariya"nın baş məşqçisi Julian Naqelsmann məlumat verib:
"Alfonsonun işində biz dünən koronavirusdan sonra hər bir oyunçu üçün etdiyimiz təkrar yoxlama testi etdik və yüngül miokardit, yəni ürək əzələsinin iltihabı əlamətləri aşkar etdik. O, növbəti xəbərdarlıq edilənə qədər məşq etməyəcək. "Ultrasəs" miokarditin o qədər də dramatik olmadığını göstərir, lakin onun əlamətləri var". 
Futbolçu Almaniya çempionatının 19-cu turunun "Köln"lə yanvarın 15-də keçiriləcək oyunu buraxacaq. 
Almaniya çempionatının cari mövsümündə Devis 16 matçda iştirak edib və 4 məhsuldar ötürmə edib.