çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Mərakeş Afrika Millətlər Kubokunun pley-off mərhələsinə yüksəlib

15.01.2022 10:20 Oxundu 451


Qana millisi Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci tur matçında Qabon komandası ilə 1:1 hesablı heç-heçə etdikdən sonra Mərakeş yığması yarışın pley-off mərhələsinə yüksəlib. 

"CEMPİON.AZ" xəbər verir ki, turnir Kamerunda keçirilir. Qana millisinin heyətində Andre Ayyu (18-ci dəqiqə), Qabon yığmasının heyətində isə Cim Allevina (88) fərqlənib. Komandalar C qrupunu təmsil edir.
Ötən gün dördlüyün digər oyununda Mərakeş komandası Komor adaları təmsilçilərinə qalib gəlib (2:0). Qrupa iki oyundan 6 xalla Mərakeş başçılıq edir, Qabon (4), Qana (1) və Komor adaları (0) ikinci yerdədir. Mərakeşlilər növbəti matçını yanvarın 18-də Qabon millisi, Qana komandası isə həmin gün Komor adaları millisi ilə keçirəcək. 

B qrupunun matçlarında Malavi komandası Zimbabve komandasını məğlub edib (2: 1). Seneqal və Qvineya komandaları heç-heçə ediblər (0: 0). Seneqallılar iki oyundan 4 xalla dördlükdə liderlik edir, sıranı Qvineya (4), Malavi (3) və Zimbabve (0) davam etdirir. 
Afrika Millətlər Kubokunda 24 komanda altı qrupa bölünür. Hər qrupdan ilk iki yeri tutan komandalar, həmçinin müvafiq kvartetlərdə üçüncü yeri tutan altı komandadan ilk dördü pley-off mərhələsinə yüksəlir. Afrika Millətlər Kuboku Afrikada milli komandalar arasında keçirilən ən böyük beynəlxalq turnirdir. Keçən il koronavirusa görə turnir təxirə salınıb. Hazırkı qalib Əlcəzairdir. 
Turnirə fevralın 6-da yekun vurulacaq.