Afrika Millətlər Kuboku zamanı Tunis millisinin altı futbolçusunun koronavirus testi müsbət nəticə verib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb. Mməlumatda deyilir ki, müdafiəçilər Muhammed Driqer, Diylan Bronn və Oussama Haddadi, yarımmüdafiəçi Naim Sliti, hücumçular İssam Jebali və Yoann Tuzqar koronavirusa yoluxublar. Futbolçular karantinə alınıb.
Qeyd edək ki, yanvarın 12-də Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk oyununda tunislilər Maliyə 0:1 hesabı ilə uduzublar. Bu görüş hakimin 2 dəfə yanlış fit səsləndirməsi ilə yadda qalmışdı. Belə ki, görüşün baş hakimi 85-ci dəqiqədə final fitini çalsa da, ona səhv göstərilib və oyun davam etdirilib. Komandalar 89 dəqiqə 49 saniyə oynadıqdan sonra hakim növbəti fiti çalıb və matçı bitirib. Afrika Futbol Konfederasiyası görüşün yekun nəticəsini təsdiqləyib.
Tunis növbəti oyununu yanvarın 16-da Mavritaniya ilə keçirəcək.
DÜNYA FUTBOLU
Afrika Millətlər Kubokunda altı tunisli futbolçu koronavirusa yoluxub
15.01.2022 10:29
422