çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

Azərbaycan PL-da ən çox uduzanlar

17.01.2022 11:15 Oxundu 476


Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox uduzan komandalar müəyyənləşib.
"CEMPİON.AZ"
xəbər verir ki, 2001-ci il yanvarın 1-dən sonrakı dövrdə klublarımızın əsas xal mənbəyi “Turan” olub. Artıq tarixin yaddaşına köçən və FİFA sanksiyaları üzündən bərpa oluna bilməyən Tovuz klubu əsrdə 161 dəfə uduzub. Fəaliyyətini Premyer Liqada davam etdirənlərdən ən çox məğlubiyyət alan “Qəbələ”dir. XXI əsrdə bütün mövsümlərdə iştirak edən “Keşlə” üçüncülüyü bölüşür. Bakı klubu “Kəpəz”lə eyni sayda yenilgi alıb. Rəqiblərinə 3 xala ən çox sevindirən 11 klub arasında “Neftçi” və “Qaerabağ”ın da adı var. Lakin futbolumuzun liderləri bura daha çox oyun keçirdikləri üçün düşüblər. Onlar “Keşlə” kimi əsrin hamısını yüksək liqada keçiriblər.

1. “Turan” - 161
2. “Qəbələ” - 153
3-4. “Keşlə” - 151
3-4. “Kəpəz” - 151
5. “Sumqayıt” - 148
6-7. AZAL - 131
6-7. “Bakı” - 131
8. “Neftçi” - 130
9. “Qarabağ” - 114
10. MOİK - 110
11. “Xəzər Lənkəran” – 106